Mariupol qətliamı – 1 300 dinc sakin öldürülüb

Ukraynanın Mariupol şəhəri Rusiya ordusu tərəfindən blokadada saxlanılır. Minlərlə insan şəhərdə əsir kimi qalıb.

Şəhər merinin məsləhətçisi Pyotr Andryuşenki bildirib ki, martın 9-na olan məlumata əsasən, 1 300 nəfər blokadanın qurbanı olub. 

Onun sözlərinə görə, bu gün Çeremuşek, Primorski və “Port-Siti” rayonları atəşə məruz qalıb.

“Bundan əlavə Rusiya SQ şəhərə aktiv şəkildə aviazərbələr endirməyə başlayıb. Şəhərin bütövlüklə Yer üzündən silinməsi məqsədi artıq gizlədilmir”, - merin məsləhətçisi əlavə edib.

Humanitar dəhlizə gəldikdə isə, şəhər sakinləri “sakitlik rejiminin” ən azı şərti təsdiqini gözləyirlər.

“Gözləmək - ən çətinidir, mövcud kritik vəziyyətdə sonsuz çətindir. Lakin digər yolumuz hələlik yoxdur”, - o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ