Paşinyan Fransada Makronla Qarabağdan danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan martın 9-da Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

Buta.media-nın xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağ münaqişəsinin nizamlanması və 44 günlük müharibədən sonra imzalanan Üçtərəfli sazişin müddəalarının yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan və Makron həmçinin beynəlxalq arenada baş verən proseslərə toxunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ