Fəlakət qaçılmazdır - Çernobıl AES-in 48 saat vaxtı qalıb

Çernobıl Atom Elektrik Stansiyasının elektrik enerjisi tamamilə kəsilib.

Buta.media-nın xəbərinə görə, bu barədə “Ukenerqo” şirkəti məlumat yayıb.

Operator ehtiyat edir ki, ventilyasiyanın olmaması səbəbindən radioaktiv maddələr ətraf mühitə yayılacaq, “bütün personal təhlükəli radiasiya dozası alacaq”. 

Ukrayna XİN rəhbəri Dmitri Kuleba bəyan edib ki, Çernobıl AES rezerv dizel generatorlarına qoşulacaq, bu isə yaxın 48 saatda stansiyanın işini təmin edəcək. Daha sonra anbarın soyutma sistemi sönəcək və bu, radiasiyanın ətrafa yayılmasına səbəb olacaq. 

“Mən beynəlxalq ictimaiyyəti Rusiyadan təcili olaraq atəşkəs tələb etməyə və elektrik təchizatını düzəltmək üçün təmir işlərinə icazə verməyə çağırıram. Rusiyanın müharibəsi bütün Avropanı təhdid edir. Putin bunu mütləq dayandırmalıdır”, - Kuleba Twitter-də yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ