ABŞ-da təyyarə qəzasında 14 fiqurlu konkisürən həlak olub - KİV

Vaşinqtonda Potomak çayı üzərində “Black Hawk” helikopterinin sərnişin təyyarəsi ilə toqquşması nəticəsində 14 fiqurlu konkisürən öldüyü güman edilir.

Bu barədə Boston Fiqurlu Konkisürmə Klubunun baş direktoru Duq Zeqibe istinadən “NBC News” məlumat yayıb.

O qeyd edib ki, ölənlərdən altısı birbaşa kluba bağlıdırlar: iki məşqçi, iki idmançı və iki gənc fiqurlu konkisürənin anası.

Yanvarın 29-da axşam Ronald Reyqan adına Vaşinqton Beynəlxalq Hava Limanı yaxınlığında səmada “American Airlines sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus “Black Hawk” helikopteri toqquşub. Kanzasdan uçan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterin göyərtəsində ən azı üç hərbçi olduğu bildirilir. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. 28 nəfərin cəsədi çaydan çıxarılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ