Hindistanın şimalında keçirilən Kumbh Mela festivalında izdiham zamanı onlarla insan həlak olub. Bu məlumatı ölkənin baş naziri Narendra Modi də təsdiqləyib.
Hadisə çərşənbə günü gecə zəvvarlardan bəziləri çayda dəstəmaz almaq üçün baryeri keçmək qərarına gəldikdə baş verib.
Ölənlərin dəqiq sayı hələlik məlum deyil. Bəzi xəbər agentlikləri 15 nəfərin, digərləri isə 40 nəfərin öldüyünü bildirib. Onlarla insan yaralanıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Baş nazir həlak olanların ailələrinə başsağlığı verib.