Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məlumat verib.
Səfir iş adamları ilə görüşdə Türkiyə liderinin Xocalıya səfər edəcəyini vurğulayıb.
Bağçı səfərin bu il baş tutacağını bildirib. Dəqiq tarix açıqlanmayıb.