Zelenski NATO-nu tənqid etdi - Bu məsələdən soyumuşam

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinin NATO-ya üzv olması məsələsindən soyuyub. 

Buta.media-nın xəbərinə görə, Zelenski bu barədə ABC telekanalına müsahibəsində deyib.

“NATO-ya münasibətdə - mən bu məsələyə çoxdan soyumuşam. Biz NATO-nun Ukraynanı qəbul etmək niyyətində olmadığını başa düşəndən sonra. Alyans mübahisəli məsələlərdən, Rusiya ilə qarşıdurmadan qorxur. Biz heç vaxt dizi üstə kömək istəyən ölkə olmamışıq, və heç vaxt olmayacağıq, mən belə prezident olmaq istəmirəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ