Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib.
Bu haqda TASS məlumat yayıb.
“Həmişə demişik və bir daha qeyd etmək istəyirəm ki, biz Ukrayna ilə bağlı bu danışıqlara hazırıq. Amma burada da xüsusi diqqət tələb edən məsələlər var”, - deyə Putin bildirib.
Rusiya lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqları qadağan edən fərmanına diqqət çəkib:
“Kiyev rejiminin hazırkı rəhbəri hələ kifayət qədər legitim dövlət başçısı olanda belə bir sənəd imzaladı. Danışıqlar qadağan olunarsa, onu necə bərpa etmək olar?”