Putin Trampla danışıqlara hazırdır - Kreml

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla danışıqlara hazırdır və Kreml Amerika tərəfdən müvafiq siqnallar gözləyir.

Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Putin hazırdır, siqnallar gözləyirik, hamı hazırdır. Sizə məlumat verəcəyik”, Kreml nümayəndəsi bildirib.

Peskov həmçinin bildirib ki, Ukraynadakı müharibə neftin dünya qiymətlərindən asılı deyil.

“Xeyr, bu münaqişə neftin qiymətindən asılı deyil”, o, ABŞ prezidenti Donald Trampın neftin qiymətinin aşağı düşməsinin Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra biləcəyi ilə bağlı bəyanatını şərh edib.

“Bu münaqişə Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid, məlum ərazilərdə yaşayan ruslar üçün təhlükə, amerikalıların və avropalıların narahatlıqları dinləmək istəməməsi və tamamilə imtina etməsi səbəbindən baş verir. Bu münaqişə neft qiymətləri ilə əlaqəli deyil”, Peskov əmin edib.

Xatırladaq ki, Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətini aşağı salmağı xahiş edəcəyini bildirib. Onun sözlərinə görə, qiymət aşağı düşərsə, Rusiya ilə Ukrayna arasında müharibə dərhal dayandırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ