Yanukoviç üzə çıxdı - Sabiq prezident Zelenskiyə müraciət ünvanladı

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç hazırki prezident Volodimir Zelenskiyə müraciət edərək “qan tökülməsinin qarşısını almağa və sülh razılaşmasını əldə etməyə” çağırıb.

Buta.media-nın xəbərinə görə, onun sözlərini RİA Novosti sitat gətirib.

“Mən yaxşı başa düşürəm ki, sizin xeyli “məsləhətçiniz” var, lakin Siz şəxsən nəyin bahasına olursa-olsun qan tökülməsinin qarşısını almalı və sülh razılaşmasını əldə etməlisiniz. Ukrayna xalqı və Qərbdəki tərəfdaşlarınız sizə minnətdar olacaqlar”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ