Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükə şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.
Bu barədə Buta.media-ya Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı Azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:
+380 73 505 00 00
+380 99 408 99 43