Türkiyədəki hotel yanğınında ölənlərin sayı artıb

Türkiyənin Bolu vilayətində Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğın dəhşətli fəlakətə çevrilib.

"Haber Global" xəbər verir ki, ölkənin Baş Prokurorluğundan verilən açıqlamada hadisə yerində aparılan araşdırmalar və DNT testləri nəticəsində ölənlərin sayının 79 olduğu bildirilib.

Yanğının səbəbi hələ müəyyən edilməsə də, araşdırmaların ciddi şəkildə davam etdiyi qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ