Ukraynada rusiyalı general öldürüldü

Rusiyalı general-mayor Vitali Gerasimov Xarkovda döyüşlərdə öldürülüb.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliynin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Xarkovda döyüşlər zamanı rusiyalı genral-mayor, qərargah rəisi və Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordu komandanının müavini Vitali Gerasimov məhv edilib”, - deyə məlumatda bildirilir.

 Ukrayna kəşfiyyatçıları qeyd edirlər ki, Rusiya bölmələrində “rabitə və təxliyyə ilə bağlı problemlər var”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ