Ermənistan respublikanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmamaq niyyətini təsdiqləyib. Bu barədə ölkənin parlamentinin sədri Alen Simonyan mətbuat konfransında bildirib.
“Aİİ-yə üzvlük Ermənistana iqtisadi fayda verir. Biz Aİİ-ni tərk etmək fikrində deyilik”, deyə o qeyd edib.
Ermənistan Qırğızıstanla yanaşı Aİİ ölkələri ilə xarici ticarət dövriyyəsində ən kiçik paylardan birinə malikdir. Misal üçün, 2024-cü ildə Ermənistanın Qazaxıstanla ticarət dövriyyəsinin payı ümumi həcmin cəmi 0,1 faizini təşkil edib.