“Aeroflot” və “Pobeda” bütün beynəlxalq uçuşları dayandıracaq

“Aeroflot” aviaşirkəti martın 8-dən “uçuşlara mane olan əlavə halların yaranması səbəbindən” Belarusa uçuşlar istisna olmaqla, bütün beynəlxalq uçuşları müvəqqəti dayandıracağını açıqlayıb. Bu barədə daşıyıcının açıqlamasında deyilir.

Məhdudiyyətlər “Rossiya” və “Avrora” aviaşirkətlərinin beynəlxalq istiqamətlərinə də təsir edəcək.

Martın 6-dan etibarən Aeroflot, geri dönüş reysi martın 8-dən sonrakı tarixlərə planlaşdırıldığı təqdirdə, beynəlxalq reyslərə gediş-dönüş bileti olan sərnişinləri buraxmayacaq. Bir istiqamətə bileti olan və Rusiyadan yola düşən sərnişinlərə reys bağlanana qədər uçuşa icazə veriləcək.

“Pobeda” həmçinin martın 8-dən beynəlxalq uçuşların dayandırıldığını açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ