Jurnalist Dmitri Kiselevin Rusiya televiziyasında Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalara Ermənistanın emosional mənfi reaksiyası “çaşqınlıq yaradır”, çünki Moskvanın rəsmi mövqeyi İrəvana yaxşı məlumdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Düzünü desəm, bu reaksiya çaşdırıcıdır, çünki söhbət jurnalistin açıqlamalarından gedir. Biz həmişə İrəvandan eşitmişik ki, Ermənistan söz azadlığına sadiqdir və daha çox Ermənistanın indiki rəhbərliyi bunu öz imperativi kimi təqdim edib. Bu, birincisi, ikincisi, bizim rəsmi mövqeyimiz – nöqteyi-nəzəri deyil, dövlətin rəsmi mövqeyidir və İrəvana yaxşı məlumdur, biz onun mahiyyətini dəfələrlə səsləndirmişik”, XİN rəsmisi qeyd edib.
Zaxarovanın sözlərinə görə, Moskva ardıcıl olaraq 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əsasında Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin hərtərəfli açılmasının tərəfdarı kimi çıxış edib.
O həmçinin vurğulayıb ki, nəqliyyat kommunikasiyalarına nəzarətin Rusiya FTX-nin sərhəd xidməti tərəfindən həyata keçirilir və tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisinin təmin olunmalıdır.
Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətinin əsasında məhz bu məntiq dayanır. Qrup daxilində mühüm praktik nəticələr əldə etmək və Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasına və təşkilinə yaxınlaşmaq mümkün olub.
Yanvarın 12-də “Vesti Nedeli” verilişində Zəngəzur dəhlizindən söhbət açılıb. Teleaparıcı Dmitri Kiselev bu marşrutun tikintisini Bakı üçün “həyati vacib” adlandırıb və qeyd edib ki, İrəvan Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbinə məhəl qoymur.