Ukraynada Rusiya ilə danışıqları aparan şəxs öldürüldü

Ukraynada Rusiya ilə danışıqların ilk nümayəndə heyətinin üzvü Denis Kireyev ölkənin təhlükəsizlik xidməti orqanları tərəfindən saxlanılarkən öldürülüb.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski məlumat verib.

Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.

Qeyd olunur ki, Denis Kireyev dövlətə xəyanətdə ittiham edilib. 

“Kireyev Klyuyevlərin adamıdır (Andrey Klyuyev 2021-2014-cü illərdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədrinin mavini vəzifəsində işləyib - red). O necə Ukrayna nümayəndə heyətinin tərkibinə düşüb... – Prezidentin ofisindən məsələnin araşdırılmasını çox istərdim”, - Dubinski öz Telegram kanalında yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ