Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən iki Şimali Koreya hərbçisinin dindirilməsinin görüntülərini dərc edib.
Zelenskinin sözlərinə görə, onları əsir götürmək çətin olub, çünki Rusiya və KXDR-dən olan hərbçilər “yaralıları öldürür və Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına dair heç bir sübutun olmaması üçün hər şey edirlər”.
Dindirmə zamanı məhbuslar harada olduqlarını bilmədiklərini, onlardan biri isə döyüşə yox, təlimə getdiyini deyir.
Zelenski bildirib ki, o, hər iki Şimali Koreyalı məhbusu KXDR-ə qaytarmağa hazırdır. Əvəzində Şimali koreya lideri Kim Çen In Rusiya tərəfindən saxlanılan ukraynalı hərbçilərlə dəyişdirilməsinə kömək etməlidir.