Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq növbəti prezidentlik müddətinə namizəd ola biləcəyini etiraf edib. Onun sözlərini “NTV Haber” sitat gətirib.
“Ədalət və İnkişaf Partiyası”nın vilayət təşkilatlarının qurultayında türkiyəli müğənni İbrahim Tatlısəs prezidentə növbəti seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib.
“Əgər siz bunun tərəfdarısınızsa, mən də bunun tərəfdarıyam”, Ərdoğan cavab verib.
Rəcəb Tayyib Ərdoğan 2028-ci ilə qədər Türkiyə prezidenti postunda olacaq
2023-cü ilin mayında Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib və 20 illik hakimiyyətdən sonra üçüncü müddətə prezident seçilib (2003-cü ildən baş nazir vəzifəsində çalışıb və 2014-cü ildə prezident olub). O, 2028-ci ilə qədər vəzifəsində qalacaq.