Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərar verib. Sənəd “Rəsmi qəzet”də dərc olunub.
Qeyd edək ki, bundan əvvəl Birol Akgün Türkiyə Maarif Fondunun sədri olub.
O, 1968-ci il 25 martda Manisanın Soma rayonunda anadan olub. İlk, orta və lisey təhsilini doğulduğu rayonda tamamladıqdan sonra 1993-cü ildə Ankara Universiteti Siyasi Bilgilər Fakültəsinin Dövlət İdarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Türkiyə Milli Təhsil Nazirliyinin təqaüd proqramı ilə ABŞ-də təhsilini davam etdirib, burada Case Western Reserve Universitetində Siyasət Elmi üzrə magistratura (1996) və doktorantura (2000) dərəcələrinə yiyələnib.
2001-ci ildən etibarən Selçuk Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasında akademik fəaliyyətə başlayıbr. 2001-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adlarını alıb.
Son olaraq Prof. Dr. Birol Akgün Yıldırım Beyazıt Universiteti Siyasi Bilgilər Fakültəsinin Beynəlxalq Münasibətlər Bölümünün rəhbəri və Maarif Vəqfi İdarə Heyətinin sədri vəzifələrində işləyib.
Onun məqalələri həm beynəlxalq elmi jurnallarda, həm də “Liberal Düşüncə”, “National Geographic Türkiyə”, “2023”, “Tezkire”, “SÜ İİBF Sosial və İqtisadi Araşdırmalar” kimi nəşrlərdə yayımlanıb. Bundan əlavə, “Türklər Ensiklopediyası” üçün müxtəlif məqalələr yazıb.
2003-cü ildə Prof. Dr. Birol Akgün “11 Sentyabr, Dəyişən Dünya Tarazlıqları və Türkiyə” mövzulu araşdırması ilə “Milliyet” Qəzetinin Sosial Elmlər üzrə Birincilik Mükafatını qazanıb.
Əsas kitabları arasında “21. Yüzyılın Eşiğinde Türk Dış Politikası” (2001), “Türkiye'de Seçmen Davranışı-Partiler Sistemi ve Siyasal Güven” (2002), “Küresel Sistemde Siyaset Yönetim ve Ekonomi” (2002), “Modern Türkiye'de Siyasi Düşünce: Milliyetçilik” (2002), “11 Sentyabr Sonrasında Dünya, ABD ve Türkiyə” (2006) kimi əsərlər yer alır.