Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayəti və Kursk vilayətində irəliləyib. Bu barədə yanvarın 10-na keçən gecə “DeepState” analitik layihəsi məlumat yayıb.
Analitiklərin fikrincə, Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Petrovpavlovka, Vozdvijenka və Solenoe yaşayış məntəqələrini ələ keçirib.
Bundan əlavə, rusiyalılar Rusiya Federasiyasının Kursk vilayətində Novoivanovka, Leonidovo və Aleksandriyanı geri qaytarıblar.
Həmçinin, “DeepState”in məlumatına görə, RF ordusu Ukraynanın Xarkov vilayətində Dvureçnaya və Zapadnoye yaxınlığında və Donetsk vilayətində Kuraxovo və Yasenove yaxınlığında irəliləyiblər.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.