Zelenski Polşaya qaçıb?

“Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk edib.

Bu iddianı Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında irəli sürüb.

“Zelenski Ukraynanı tərk edib. Ali Radanın deputatları Lvovda onun qəbuluna düşə bilmədiklərini deyiblər. O, indi Polşadadır”, - deyə Volodin qeyd edib.

Ukrayna Dövlət Xüsusi Rabitə Xidmətindən məsələ ilə bağlı bəyanat verib.

"Bu doğru deyil. Prezident Kiyevdədir. O, öz xalqının yanındadır! Bu məlumatı Xerson vilayətindən olan tanışlarınıza, dostlarınıza, qohumlarınıza bütün mümkün vasitələrlə çatdırın", - mesajda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ