Mask Britaniyanın baş nazirini əvəzləmək istəyir

Amerikalı iş adamı İlon Mask müttəfiqləri ilə Britaniyanın baş naziri Keir Starmerin dəyişdirilməsi imkanını təkbətək müzakirə edir. Bu barədə “Financial Times” yazır.

“Mask müttəfiqləri ilə Keir Starmerin növbəti seçkilərə qədər Böyük Britaniyanın baş naziri vəzifəsindən necə uzaqlaşdırılmasını müzakirə edir”, nəşr yazıb.

Britaniyada seçkilər 2029-cu il avqustun 15-dən əvvəl keçirilməlidir. “Financial Times” yazır ki, Mask Britaniya baş nazirini “alternativ siyasi hərəkatların” köməyi ilə əvəzləməyə ümid edir.

Mask daha əvvəl Starmeri 2008-2013-cü illərdə prokuror vəzifəsində işlədiyi dövrdə baş vermiş qızların kütləvi zorlanmasında iştirakda ittiham etmişdi. Starmer isə öz növbəsində amerikalı iş adamının sözlərini yalan və dezinformasiya adlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ