Ermənistan Aİ-yə üzv olmağa hazırlaşır

Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Layihə parlamentə göndərilib.

Baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında xatırladıb ki, sənəd təsdiq olunarsa, layihə referenduma çıxarılacaq.

Eyni zamanda, Paşinyan Ermənistan vətəndaşlarının Aİ ölkələrinə viza alması ilə bağlı problemlərdən şikayətlənib. Onun sözlərinə görə, Ermənistan XİN və avropalı həmkarları buna səbəb kimi Avropaya gedənlərin sayının bir neçə dəfə artmasını göstərirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ