Kaliforniya od içində - fotolent

Los-Ancelesdə tüğyan edən meşə yanğınları çərşənbə günü Hollivuda yayılıb.

Ən azı beş nəfərin öldüyü, minlərlə evin dağıldığı bildirilir.

100 mindən çox insanın təxliyyə edilməsi əmri verilib. “Reuters” xəbər verir ki, çərşənbə axşamı başlayan yanğınlar quru hava, güclü külək, yanğınsöndürənlərin və yanğınla mübarizə üçün su təchizatının çatışmazlığı fonunda sürətlə və demək olar ki, nəzarətsiz şəkildə yayılır.

Çərşənbə günü axşam Hollivud ətrafında yeni yanğın baş verib. Bununla Kaliforniyada meşə yanğınlarının ümumi sayı altıya çatıb. Kaliforniya səlahiyyətliləri bəyan ediblər ki, dörd yanğının qarşısını ala bilməyiblər.

Ənənəvi olaraq “Oskar” mükafatlandırma mərasiminin keçirildiyi “Dolbi” teatrı da təxliyə zonasında yerləşir. Gələn həftə baş tutacaq mərasim artıq iki gün təxirə salınıb.

Los-Ancelesin qərbində alovlar 15 min hektar ərazini yandırıb və Santa Monika ilə Malibu arasında yüzlərlə evi dağıdıb.

Şəhərin şərqində 4000 hektardan çox ərazi yanıb, 1000 bina dağılıb və ən azı beş nəfər ölüb.

“AccuWeather” şirkəti zərəri 50 milyard dollar qiymətləndirir. Son proqnoza görə, yanğının yayılması üçün əlverişli hava şəraiti cümə gününə qədər davam edəcək.

Bir milyondan çox abonent işıqsız qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ