Gürcüstan hökuməti yanvarın 9-nu ölkədə matəm günü elan edib.
Bu haqda hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb yanvarın 5-i Abxaziyanın Qal rayonunun Saberio kəndində baş vermiş və beş uşağın ölümü ilə nəticələnən faciədir.
Məlumata görə, faciə qurbanlarının dəfn mərasimi yanvarın 9-da keçiriləcək.