Kadırov Putindən xahiş etdi - Xarkov və Kiyevə hücuma icazə ver

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz Telegram kanalında Rusiya Prezidenti Vladimir Putindən döyüşçülərə Ukraynanın Xarkov, Kiyev və digər şəhərlərini fəth etmək barədə əmr verməsini xahiş edib.

“Bizim döyüşçülərə əmr verin, onlar Xarkov, Kiyev və digər şəhərləri götürsünlər. Cənab prezident, cənab Ali Baş komandan, mən sizin yolunuzda həyatımı verməyə hazıram. Lakin mənim və bizim, Müdafiə Nazirliyinin, Milli Qvardiyanın və digər strukturların döyüşçülərinin ölməsinə baxa bilmirəm. Mən sizdən çox xahiş edirəm ki, hər şeyə göz yumasınız və orada baş verənləri bir-iki günə bitirəsiniz”, - Kadırov bəyan edib.

Çeçenistan lideri Ukrayndakı vəziyyəti Rusiya üçün təhlükə adlandırıb və qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar yaxşıdır, lakin hazırda hərbi əməliyyatlar nəticəsində “bizim qardaşlarımız, yaxınlarımız və dostlarımız” ölür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ