Tramp Kanadanın ABŞ-a birləşdirilmiş xəritəsini göstərib - foto

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın Kanada ilə birlikdə xəritəsini əks etdirən fotoşəkili yayımlayıb. Müvafiq yazı onun Truth Social sosial şəbəkəsində yerləşdirilib.

“Oh Kanada”, Tramp paylaşımı şərh edib. Fotoda ABŞ və Kanada ərazisi Amerika bayrağına altında göstərilib.

Daha sonra Tramp Kanadanın ilhaq edildiyini göstərən ABŞ-ın başqa bir şəklini yerləşdirib, yalnız bu dəfə o fotonu “Birləşmiş Ştatlar” sözləri  ilə şərh edib.

Kanadanın baş naziri Castin Trüdonun istefaya getməsi xəbərindən sonra Tramp yenidən Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını təklif edib. O izah edib ki, Kanadanın ABŞ-a qoşulması Ottavaya iqtisadi sabitlik gətirəcək və həmçinin onu “Rusiya və Çin gəmiləri”nin yaratdığı xarici təhlükələrdən qoruyacaq.

Castin Trüdo, öz növbəsində, bu təklifdən imtina edib. O, “X” platformasında Kanadanın Birləşmiş Ştatların bir hissəsi olmayacağını yazıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ