Zelenski Putinə: Nədən qorxursan? Gəl danışaq - VİDEO

Prezident Vladimir Zelenski xarici media ilə keçirdiyi mətbuat konfransında Rusiya silahlı qüvvələrini Ukrayna torpaqlarını tərk etməyə və ya Rusiya prezidenti Vladimir Putinlə danışıqlar masasına oturmağa çağırıb.

“Biz Rusiyaya hücum etmirik və hücum etməyəcəyik. Biz NATO-dayıq? Yox. Bizim nüvə silahımız varmı? Yox. Mən kimə zəmanət verim?”, - deyə Ukrayna lideri qeyd edib.

O, Rusiya prezidenti Vladimir Putinə də müraciət edib.

"Bizdən nə istəyirsən? Torpağımızdan uzaqlaşın. Əgər indi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş, mən azadam. Mənimlə otur, amma Makronda olduğu kimi 30 metrdə yox, Şolz kimi yox - Mən qonşuyam, məni 30 metrdə saxlamağa ehtiyac yoxdur! Dişləmirəm. Mən normal adamam, mənimlə otur, danış, nədən qorxursan?”, – deyə Zelenski vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ