Tibetdə güclü zəlzələ zamanı 95 nəfər ölüb

Çinin Şiqadze şəhərində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 95 nəfərə çatıb.

Bu barədə məlumatı “China Daily” portalı yayıb. 

Yaralıların sayı isə 130 nəfərə yüksəlib.

11:10

Yanvarın 7-də səhər saatlarında Çinin Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib.

Çin Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Tinqri regionunda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Daha sonra maqnitudası 4,4-ə çatan daha bir neçə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ qonşu Nepal, Butan və Hindistanda da hiss olunub.

“Sinxua” agentliyi yazır ki, zəlzələ nəticəsində azı 53 nəfər ölüb, daha 62 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ