Ukraynada məşhur rusiyalı general öldürüldü

Ukraynada döyüşlər zamanı Rusiya qvardiyasının hava-hücum dağ diviziyasının komandiri general-mayor Andrey Suxoveçki öldürülüb. 

Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya Hava Desant Qüvvələrinin (HDQ) nümayəndəsi Sergey Çipilev məlumat yayıb.

Qeyd edək ki, Suxoveçki bundan əvvəl HDQ-nın 7-ci diviziyasının komandiri olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ