Ermənistanda yeni prezident seçildi

Ermənistan parlamenti ikinci turda Vaaqn Xaçatryanı ölkənin yeni prezidenti seçib.

Buta.media-nın xəbərinə görə, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Məlumata əsasən, Xaçatryanın namizədliyini 71 deputat dəstəkləyib. Onların əkəsiryyəti “Vətəndaş sazişi” fraksiyasının nümayəndələridir.

Xatırldaq ki, Ermənistanın dördüncü prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib.

Qeyd edək ki, Vaaqn Xaçatryan bundan əvvəl 2021-2022-ci illərdə Ermənistan Yüksək Texnologiyalar Sənayesi naziri vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ