Ukrayna Kurskda yeni əməliyyata başlayıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb.

Bu barədə yerli Teleqram kanalları rusiyalı hərbi müxbirlərə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna qoşunları Kursk vilayətinin Sudja yaşayış məntəqəsindən Bolşoy Soldatskoyeyə doğru irəliləyirlər. Ukrayna Silahlı Qüvvələri ağır texnikadan fəal istifadə edir. Hücum texnika üçün əlverişli olan donmuş torpaqla əlaqələndirilir.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində geniş miqyaslı hücuma başlaması barədə məlumatları təsdiqləyib.

Qeyd edilib ki, Moskva vaxtı ilə saat 09:00 radələrində Rusiya qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün Ukrayna Silahlı Qüvvələri əks hücuma keçib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Berdin xutor yaşayış məntəqəsi istiqamətində hücuma cəhd edən Ukrayna Silahlı Qüvvələrinin iki tank və hərbçilərlə birlikdə 12 zirehli texnikadan ibarət hücum qrupunu darmadağın edib.

Ukrayna qoşunlarının hücumunun dəf edilməsi əməliyyatının davam etdirildiyi açıqlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ