Kim Çen In göstəriş verdi – Şimali Koreya Üçüncü dünya müharibəsinə hazırlaşır

Şimali Koreya lideri Kim Çen In tezliklə Üçüncü dünya müharibəsinin başlayacağını bəyan edib.

Buta.media-nın xəbərinə görə, onun sözlərini Daily Star sitat gətirir.

Bildirilir ki, Kim Çen In artıq ordu komandirlərinə Üçüncü dünya müharibəsinə hazırlaşmaq barədə göstəriş verib.

Bundan əlaəvə, o, partiya üzvlərini səfərbərliyə hazır olmağa çağırıb. 

Şimali Koreyanın rəsmi nümayəndəsi Radio Free Asia-ya bəyan edib ki, partiyanın Mərkəzi Komitəsi KXDR-in dostu olan Rusiyanın müharibə şəraitində olması ilə bağlı “hamının səfərbərliyə hazır olmasını istəyib”.

Öz növbəsində Şimali Koreya XİN-i ABŞ və Qərbin apardığı siyasəti pisləyib. XİN-nin rəsmi nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar və Qərb NATO-nun şərqə genişlənməsini davam etdirirlər və bununla, Avropanın təhlükəsizlik şərtlərini pozurlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ