Kiyevdə güclü partlayış

Ukraynanın paytaxtı Kiyevdə dəmiryolu vağzalı rayonunda güclü partlayış baş verib.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna DİN nümayəndəsi Anton Geraşenko məlumat yayıb.

“Bu dəqiqələrdə vağzalın yeraltı keçidi istiqamətində güclü partlayış baş verib. “İbis” mehmanxanası və vağzalın “Cənub girişi” arasında”, - Geraşonko Telegram kanalında yazıb. 

Qeyd olunur ki, partlayışın baş verdiyi əraziyə yaxın Ukrayna Müdafiə Nazirlyinin binası yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ