Bakı və Astana ilə heç bir danışıqlar aparılmayıb - Rusiya XİN

Rusiya Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirliklərinin nümayəndələri ilə Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı versiyaların hazırlanmasına dair danışıqlar aparmayıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İnternetdə NATO ölkələrində yerləşən xarici agentlərin təhriki ilə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının bəzi yüksək rütbəli əməkdaşlarının Azərbaycan və Qazaxıstan Xarici İşlər Nazirliklərinin nümayəndələri ilə 25 dekabr 2024-cü il tarixdə Aktau şəhərində baş verən təyyarə qəzasının versiyaları ilə bağlı danışıqlar apardıqları barədə saxta məlumatlar yayılır. Bu ölkələrin xarici siyasət idarələri ilə bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb”, - Rusiya XİN-dən bildiriblər.

Məlumatda həmçinin bildirilib ki, bu cür zərərli “dezinformasiyanın” arxasında “siyasi sifariş” dayanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ