Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Balakleya şəhərinə daxil olub.
Buta.media-nın xəbərinə görə, bu barədə Korrespondent.net məlumat yayıb.
“Balakleyadan İzyuma, oradan isə Donbasdakı Ukrayna hərbçilərinin arxa cəbhəsinə yol açılır”, - “Politika Stranı” Telegram kanalının məlumatında deyilir.
Rusiya ordusunun Balakleyaya daxil olmasını şəhər meri də təsdiqləyib və əlavə edib ki, RF nümayəndələri ilə əməkdaşlıq etməyəcək.