İsrail aviaşirkəti Moskvaya uçuşları dayandırıb

İsrailin milli aviadaşıyıcısı El Al şirkəti Rusiyaya uçuşları dayandırıb.

Bu barədə İsrailin 9-cu kanalı məlumat yayıb.

Gələn həftə ərzində Təl-Əviv və Moskva arasında reyslər yerinə yetirilməyəcək.

“Gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək, bundan sonra uçuşların bərpası ilə bağlı qərar veriləcək”, - şirkətin mətbuat xidməti bildirib.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanda məcburi eniş zamanı qəzaya uğrayıb, göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. Müxtəlif KİV-lərin çoxsaylı mənbələrindən əldə edilən məlumata görə, Qroznı bölgəsində təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilər. Bu, rəsmi olaraq təsdiqlənməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ