Rusiya Ukraynada öldürülən rus əsgərlərinin sayını açıqladı

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Rusiya ordusunun Ukraynadakı itkilərindən danışıb. 

Departamentin sözçüsü İqor Konaşenkovun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bəri 498 Rusiya hərbçisi ölüb, daha 1597 nəfər yaralanıb. 

Nazirliyin məlumatına görə, “millətçilər və Ukrayna təhlükəsizlik qüvvələrinin hərbçiləri arasında” 2870 nəfər həlak olub, 3700 nəfər yaralanıb.

Ukrayna hakimiyyəti müharibə başlayandan bəri 5800-ə yaxın rus əsgərinin öldüyünü iddia edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ