“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin uçuşunun son dəqiqələrindən danışıb. Təbii fəlakətdən sağ çıxan 32 nəfərdən biri, 48 yaşlı Sübxonkul Rəhimov möcüzəvi şəkildə xilas edilməsinin təfərrüatını bölüşüb. Həmin şəxs Qroznıya iş məsələsi ilə əlaqədar uçurdu.
Onun sözlərinə görə, təyyarə 2-3 dəfə Qroznıya enməyə cəhd edib. Sübxonkul həmçinin təyyarənin düşməsini və qəzadan sonrakı ilk saniyələri təsvir edib.
Uçuş zamanı sərnişinlər səslər eşitsələr də, nəyin və harada partladığını başa düşə bilməyiblər. Bundan sonra təyyarə trayektoriyasını dəyişib.
“Pilota təşəkkür edirəm, o, öz manevri ilə bizi xilas etdi. O olmasaydı, hamımız ölərdik”, sərnişin deyib.
S.Rəhimov bildirib ki, onun arxa sırlardakı oturacağa keçməsi həyatını xilas edib. Onun sözlərinə görə, qəza enişindən əvvəl təyyarə bir müddət havada dövrə vurub. Sərnişin təyyarənin arxa hissəsində oturanların hamısının sağ qaldığını bildirib.