Rusiya - Ukrayna danışıqları: Tərəflər müvəqqəti atəşkəslə bağlı razılığa gəldi

Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.

Tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Məlumata görə, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.

Bununla yanaşı, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə edilib.

Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib.

19:09

Belarusun Brest vilayətində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başlayıb.

Belarusun BELTA agentliyi tərəflərin danışıqlar aparan tərəflərin necə əl sıxışdığını əks etdirən foto dərc edib.

Ukrayna və Rusiya danışıqlarının ilk görüşü fevralın 28-də Ukrayna-Belarus sərhədi ərazisində Pripyat çayının sahilindəki iqamətgahda baş tutub. Bundan sonra nümayəndə heyətləri məsləhətləşmələr üçün paytaxtlarına yola düşüblər.

21:10

Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlara göndərilib, görüş martın 3-də gözlənilir.

Bunu Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna ilə danışıqların ikinci raundu başlamazdan əvvəl jurnalistlərə deyib.

"Ukrayna nümayəndə heyəti artıq Kiyevi tərk edib və yoldadır. Biz sabah onları gözləyirik", - o deyib.

Onun sözlərinə görə, Rusiya və Ukraynanın nümayəndə heyətləri Belovejskdə danışıqlar aparmaq barədə birgə qərar qəbul ediblər.

20:09

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün yola düşüb.

Danışıqlar Belarusun Belovejskaya Puşça rayonunda aparılacaq.

14:04

Rusiya nümayəndə heyəti martın 2-də Ukrayna nümayəndələri ilə danışıqlar yerinə gedəcək. 

Buta.media-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların ilk mrəhələsi fevralın 28-də Belarusda keçirilib. 

Beş saat davam danışıqların sonunda tərəflər msələhətləşmələr üçün öz ölkələrinə qayıdıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ