ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində vurulub.
Bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 iki yerlik qırıcısı Amerika raket kreyserinin hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vurulub.
“USS Gettysburg raket kreyseri, Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcıya (F/A-18-ə), səhvən atəş açıb və onu vurub”, agentlik bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatına istinadən xəbər verir.
Komandanlığın bildirdiyinə görə, pilotlar suya atılıb. Onlar xilas edilib, yalnız biri yüngül xəsarət alıb.
Agentlik qeyd edir ki, qırıcı ABŞ-ın Yəmən husilərinin hədəflərinə endirdiyi zərbələr zamanı vurulub.