Rusiya Xersonu işğal etdi - Şəhər ərazisində yüzlərlə cəsəd qalıb

Rusiya ordusu Ukraynanın Xerson şəhərini ələ keçirib.

Buta.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mülki infrastruktur, əhalinin həyat təminatı obyektləri və Xerson şəhər nəqliyyatı gündəlik fəaliyyət göstərir: 

“Xerson ərzaq və zəruri mallarda qıtlıq hiss etmir. Sosial infrastrukturun fəaliyyətinin təmin edilməsi, asayişin və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya komandanlığı, şəhər və rayon administrasiyası arasında danışıqlar davam edir”.

Qeyd olunur ki, Ukraynada aparılan əməliyyat zamanı bu ölkənin 1502 hərbi obyekti məhv edilib: 

“Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün Kiyevə yüksək dəqiqliyə malik silahla zərbə endirilib, televiziya qülləsinin yayım avadanlığı sıradan çıxarılıb”.

Xerson şəhərinin meri İqor Kolıxayev bəyan edib ki, Rusiya ordusu hazırda çayın limanını və dəmiryol vağzalını nəzarətə götürüb. Dünən gecə şəhərdə sakitlik olub, yalnız tək-tək atışma səsləri eşidilib.

İ.Kolıxayev həmçinin Ukrayna prezidentindən şəhər ərazisində qalan yüzlərlə cəsədin çıxarılması üçün “yaşıl dəhliz” təşkil edilməsini xahiş edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ