WSJ: ABŞ Türkiyə qüvvələrinin Suriya sərhədində cəmləşməsindən narahatdır

Birləşmiş Ştatlar Türkiyə və müttəfiqlərinin Suriya ilə sərhəddə qüvvələr toplamasından və genişmiqyaslı işğala hazırlaşmasından narahatdır. Bu barədə “The Wall Street Journal” Amerika rəsmilərinə istinadən yazıb.

WSJ həmsöhbətlərinin dediyinə görə, Suriyada əhalisinin əksəriyyəti kürdlərin yaşadığı Kobani şəhəri yaxınlığında cəmləşən qüvvələr arasında Türkiyə xüsusi təyinatlıları və çoxlu sayda artilleriya qurğuları var.

Qəzet yazır ki, Bəşər Əsəd rejiminin süqutundan sonra başlayan hadisələr Türkiyə ordusunun 2019-cu ildə Suriyanın şimal-şərqini işğal etməzdən əvvəlki hərəkətlərinə bənzəyir. “Biz diqqətimizi buna yönəldirik və təmkinli olmaqda israr edirik”, WSJ-nin mənbəsi bildirib. Başqa bir mənbə Türkiyənin sərhədyanı əməliyyatının “qaçılmaz ola biləcəyini” söyləyib.

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada Suriya kürdləri ilə Türkiyənin dəstəklədiyi qüvvələr arasında döyüşlər yenidən başlayıb. ABŞ-ın vasitəçiliyi ilə aparılan atəşkəs danışıqları nəticəsiz qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ