Belarus müharibəyə qoşuldu: Lukaşenko Ukrayna ərazisinə qoşun yeritdi

Belarus müharibəyə qoşuldu. Çerniqov ətrafında Belarus ordusu Ukrayna sərhədini keçib.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna Ərazi Müdafiə Qüvvələrinin “Şimal” regional idarəsinin nümayəndəsi Vitali Kirillov məlumat yayıb.

Bildirilir ki, Slabin, Pakul və Mixaylo-Kotsyubinsk kəndlərinin sakinləri Belarus hərbi texnikasının hərəkəti bərədə məlumat veriblər.

Qeyd olunur ki, yerli vaxtla saat 11:30-da 33 ədəd texnikadan, o cümlədən 11 “Qrad” daxil olmaqla, ibarət kolon Ukrayna ərazisinə keçib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ