Zelenski onunla danışıqdan imtina edib

“Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıq aparmaq istəyib, lakin rədd cavabı alıb”​.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Siyartonun sözlərinə görə, hadisə dekabrın 11-də, Orbanın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdığı gün baş verib.

Peter Siyarto Kiyevin hərəkətlərini “diplomatiyada görünməmiş jest” adlandırıb. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakı iki ölkə liderləri arasında söhbətin mümkünlüyü barədə xəbərdar etsə də, hər ikisi imtina edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ