Reznikov: Rusiya böyük itkilər verir

Fevralın 24-də Ukraynaya hücum edən Rusiya bütün istiqamətlərdə - hərbi, iqtisadi, kibercəbhədə böyük itkilər verir. 

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov öz Facebook səhifəsində yazıb.

“112 saatlıq müaqavimət. Bizim müdafiəçilərimizin qəhrəmanlığı sayəsində Rusiyanın itkilər verdiyi yeni cəbhələr açılır. Şərqdəki uşaqlarımızı qeyd etmək istərdim. Onlar düşmən üçün keçilməz baryer olublar.

İqtisadi cəbhədə Rusiya böyük itkilər verdi. Rusiya valyutası kağız parçasına çevrilir. Artıq Rusiya neftinin ixracına ilk qadağa var.

Düşmən ordusunun məhv edilməsinə dünya İT icması da qoşulub. Hətta ukraynalı məktəblilər də kibercəbhədə hücuma keçiblər”.

Nazir həmçinin qeyd edib ki, Avropadan silah və digər lazımi texnikaların tədarükü artır. Rusiyada isə yüz minlərlə insan başa düşdü ki, “heç bir xüsusi əməliyyat yoxdur”, bu minlərlə rusiyalının öldüyü işğalçı müharibədir.

Reznikov qeyd edib ki, Rusiya ordusunun dinc əhalini raket atəşinə tutması göstərir ki, onlar artıq Ukrayna hərbçiləri ilə müharibə edə bilmirlər və mülki əhalini hədəf alırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ