Rusiya ordusunun yeni taktikası: 60 km hərbi kolon Kiyevə yaxınlaşır - FOTO

Maxar Technologies şirkətinin sputnik görüntləri göstərir ki, Kiyevə şimaldan böyük hərbi kolon yaxınlaşır. 

Buta.media-nın New York Times-a istinadən xəbərinə görə, kolonun uzunluğu 60 kilometrdir. 

Hərbi kolonun bir hissəsi artıq Qostomeldə Antonov aeroportuna daxil olub (Kiyevdən 25 km aralıda).

ABŞ Hərbi-Dəniz Mərkəzinin baş mütəxəssisi Maykl Kofman hesab edir ki, Rusiya ordusu Ukraynada döyüş taktikasını dəyişir. 

“Rusiya qoşunları ilk növbədə artilleriya ordusudur, və bu günə qədər onlar yalnız atəş vasitələrinin bir hissəsindən istifadə ediblər”.

Kofman qeyd edib ki, Rusiya ordusunun əsas hissəsi hələ döyüşlərə qatılmayıb və Kiyevi ələ keçirmək üçün, artilleriya, raket və aviasiya zərbələri daha da çoxalacaq. Bu isə öz növbəsində mülki əhali arasında itkilərin sayını artıracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ