Kadırov Ukraynada ölən çeçenlərdən yazdı - Bu onların seçimidir

Rusiyanın Ukraynaya hücumunda iştirak edən çeçen hərbçilər arasında ilk itkilər var. 

Buta.media-nın xəbərinə görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında məlumat verib.

Öz müraciətində o qeyd edib ki, iki çeçen əsgəri ölüb. Bundan əlavə daha altısı yaralanıb. 

“Bəli, müharibədə öldürürlər, bu onların seçimidir. Və bu oğlanlar qəhrəman olmağı seçdilər, həyatlarını öz ölkələrinin təhlükəsizliyini qorumağa verdilər. Onların əmri var idi – Ukraynada mülki əhali arasında itkiləri minimuma endirmək, və onlar bunu bacardılar...”, - Kadırov bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ