Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya klub və komandalarının bütün yarışlarda iştirakını dayandırıb.
Qərar bazar ertəsi, fevralın 28-də məlum olub. Rusiyadan olan komanda və klublar qurumun tabeliyindəki turnirlərdə iştirak edə bilməyəcək.
Martın 24-də Rusiyanın kişilərdən ibarət komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalına çıxmaq üçün pley-off turnirinin yarımfinalında Polşa komandası ilə Moskvada oynamalı idi. Görüş Moskvada keçirilməli idi.